Ru
Bakı
USD
EUR
GBP
RUB

Kikboksinq üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdi

news photo

16.10.2017 18:59 // İdman

15 oktyabr 2017-ci il tarixdə “Çempion” kikboksinq idman klubunun zalında Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş kikboksinq üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir.

Youthportal.az Gənclər və İdman nazirliyinə istinadən xəbər veriri ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Daha sonra torpaqlarımız uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq idmançıları qarşıdan gələn bayram münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. Sonra o,müstəqillik tariximizdən, onun qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevinin apardığı xarici və daxili siyasətdən, gördüyü işlərdən danışdı. Qeyd etdi ki,2013-ci ilin 15 oktyabrında cənab İlham Əliyev xalqın iradəsilə Azərbaycan RespublikasınınPrezidenti seçilmişdir.Son 14 ildəümummilli liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, onun rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Birincilik 5 yaş kateqoriyasında müxtəlif çəki dərəcəsində 107 idmançı arasında keçirilmişdir.

Yarışın yüksək səviyyədə keçirilməsi və kikboksçuların döyüşlərinin qiymətləndirilməsi üçün 4 nəfərdən ibarət hakimlər heyəti təyin olunmuşdur (baş hakim Tural Bayramov).

Birincilik təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.

Qalib idmançılar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medalları ilə təltif olunmuşlar.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi