Ru
Bakı
USD
EUR
GBP
RUB

Keyfiyyətli elmi tədqiqatlar UNEC-in hədəfində (FOTO)

news photo

09.01.2019 11:18 // Təhsil

UNEC-də bütün kafedra müdirlərinin iştirakı ilə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və elmi pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi yolları müzakirə edilib.

Universitetdən Youthportal.az-a verilən məlumata görə, dissertasiya işlərinin həcminə deyil, aktuallığına və əldə olunan nəticəyə önəm verilməsi, müdafiə ilə bağlı tələb olunan sənədlərin sayının minimuma endirilməsi təklif edilib, Dissertasiya işlərinin müdafiəsinin mümkün qədər elektronlaşdırılması, dünya təcrübəsinə əsaslanaraq, PhD dərəcəsi olan şəxslərə professor adının verilməsi məsələsinə baxılaraq məqsədəuyğun olduğu bildirilib.

AAK-ın ekspert şuralarının ləğv olunması, sənədləşmə və bütün proseslərə nəzarət funksiyasının AAK-a verilməsi, ixtisasların pasportlaşmasının həyata keçirilməsi, elmlərin təsnifatına yenidən baxılması, aparıcı təşkilatlar və opponentlərin zəruriliyinə bir daha baxılması təklif olunub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi