Ru
Bakı
USD
EUR
GBP
RUB

“Kənd namusu” növbəti dəfə göstəriləcək

news photo

15.02.2019 17:19 // Cəmiyyət

Fevralın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan Pyetro Maskanyinin “Kənd namusu” növbəti dəfə operasevərlərə təqdim olunacaq.

Teatrdan Youthportal.az-a bildirilib ki, almaniyalı rejissor Lüdviq Baumannın quruluşda baxılacaq səhnə əsərində rolları aparıcı solistlər Qərinə Kərimova, Samir Cəfərov, Taleh Yahyayev, Nina Makarova və Səbinə Vahabzadə ifa edəcək.

Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

Operanın əsas qəhrəmanları - öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında qələmə alınmış musiqisi, əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi