Ru
Bakı
USD
EUR
GBP
RUB

Kənd Gənclərinin İnkişaf Proqramı təqdim edildi

news photo

11.03.2015 18:00 // Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası kənd gəncləri üçün "Yerli Gənc" proqramını təqdim etdi.

Youthportal.az xəbər verir ki, yeni proqram ARGTMŞ-ın 2014-cü ilin hesabatına həsr edilmiş konfransında təqdim edilib.

Proqram barədə məlumat verən təşkilatçının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərvin Piriyev bildirib ki, "Yerli Gənc" proqramı kənd gənclərinin iştirakını və sosial aktivliyinin artırılmasını nəzərdə tutur.

O qeyd edib ki, proqramın əsas məqsədi gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılmasıdır.

Layihədə iştirak etmək üçün yerli.nayora.az saytına daxil olaraq müraciət etmək etmək lazımdır.

Müraciətlərə baxıldıqdan sonra proqramda iştirak etmək üçün gənclər seçiləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi