Ru
Bakı
USD
EUR
GBP
RUB

Karateçilərimiz Premyer Liqa turnirində 2 medal qazanıb

news photo

02.12.2019 09:54 // İdman

Azərbaycan karateçiləri Madriddə Karate1 Premyer Liqa turnirlərində mövsümün son mərhələsini 2 medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasından Youthportal.az-a verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqasında İrina Zaretska (-68 kq) qızıl, Pənah Abdullayev (-84 kq) isə bürünc medal qazanıb. Nuranə Əliyevanın 3-cü yer uğrunda həlledici görüşdə çıxışı uğursuz alınıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. İspaniyada yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərinə etimad göstərilən referilər arasında yer alıblar.

 

 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi