Ru
Bakı
USD
EUR
GBP
RUB

Karateçilərimiz İtaliyadan yüksək nəticə ilə dönür (FOTO)

news photo

17.12.2018 09:30 // İdman

Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən 3 medalla dönür.

Azərbaycan Milli Karate Federasiyasından Youthportal.az-a verilən məlumata görə, 14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq, şəxsi məşqçisi Əbülfət Qarayev) və Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) qızıl medala, 16-17 yaşlı gənclərdə isə Əminağa Quliyev (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) gümüş mükafata sahib olub.

16-17 yaşlı gənclər komandasının liderlərindən olan Polina Qurenko (-53 kq) yarışqabağı məşqlərdə zədə aldığından döyüşlərə qatıla bilməyib. Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər liqası turnirinin yekun yarışında 67 ölkədən 2652 karateçi mübarizə aparıb.

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi yeniyetmə və gənclər seçmə komandası üçün bu yarış həm də fevralda Danimarkada Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyıb. WKF-in Gənclər Liqası 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak etdiyi son rəsmi beynəlxalq turnir olub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi