Ru
Bakı
USD
EUR
GBP
RUB

Karateçilərimiz Çində Premyer Liqa yarışlarında qüvvələrini sınayacaqlar

news photo

04.06.2019 16:08 // İdman

Dünyanın güclü karateçiləri daha bir ciddi yarış ərəfəsindədirlər. Mövsümün dördüncü Karate 1 Premyer Liqası Çinin Şanxay şəhərində iyunun 7-9-da keçiriləcək.

Youthportal.az xəbər verir ki, Azərbaycanı bu yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), İrina Zaretska (68 kq) və Roman Heydərov (kata) təmsil edəcəklər.

Rafael Ağayev (75 kq) zədəli olduğundan Şanxay Premyer Liqa yarışından azad edilib.

Qeyd edək ki, idmançı bir-birinin ardınca iki döyüşdə aldığı zədə səbəbindən mayda İstanbulda keçirilən Karate 1 Seria A turnirində 5-ci görüşü yarımçıq dayandırmalı olub.

Şanxay Premyer Liqa turnirində 80-ə yaxın ölkədən 500-dən yuxarı karateçi iştirakını təsdiq edib. Onların arasında 12 dünya çempionu da qüvvəsini sınayacaq.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi