Ru
Bakı
USD
EUR
GBP
RUB

Karateçilərimiz “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edəcəklər

news photo

13.09.2019 21:00 // İdman

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri 14-15 sentyabr tarixlərində Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edəcəklər.

Youthportal.az xəbər verir ki, yeniyetmə və gənclərin baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə qadınların baş məşqçisi Deniz Morozovla birgə, 13 idmançı var. 14-15- yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev və Fərid Savadov (-52 kq), 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Əminağa Quliyev və Hüseyn Məmmədli (-61kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə (-76 kq), Namiq Quliyev (+76 kq), Fidan Dadaşova (-48 kq), Polina Hurenko (-53 kq) və Ayla Rzazadə (-59 kq), 21 yaşadək gənclərdə isə  Hümmət Baxşəliyev (-67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) yarışacaq.

Macarıstandakı yarışın oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıdığını bildirən əməkdar məşqçi A.Allahverdiyev, bu məqsədlə oğlanların sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir yarışda iştirak edəcəklərini söyləyib.

Ənənəvi “Budapeşt Open” tunririnə 36 ölkədən 1875 karateçi qatılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi