Ru
Bakı
USD
EUR
GBP
RUB

Karate idman növü üzrə rayon birinciliyi keçirildi

news photo

07.02.2019 11:41 // İdman

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 06 fevral 2019-cu il tarixində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş karate idman növü üzrə uşaq və yeniyetmələr arasında  rayon birinciliyi keçirildi. 

Youthportal.az xəbər verir ki, yarışın açılışında çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Süleymanov Milli Qəhrəman haqqında idmançılara geniş məlumat verdi. Bildirildi ki, məhz Mübariz kimi igid oğullarımızın hünəri sayəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndidə, işğal altında olan digər ərazilərdə dalğalanacaq. Yarışda 6 çəki dərəcəsində 30 idmançı iştirak etdi. Sonda qalib idmançılara rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edildi.

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi