Ru
Bakı
USD
EUR
GBP
RUB

Kanada Qran-Prisində Azərbaycanı 7 cüdoçu təmsil edəcək

news photo

04.06.2019 14:21 // İdman

İyulun 5-7-də Kanadanın Monreal şəhərində keçiriləcək cüdo üzrə Qran-Pri yarışları üçün Azərbaycan komandasının heyəti açıqlanıb.

Youthportal.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, kişilərin yarışında Kəramət Hüseynov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qadınların mübarizəsində ölkəmizi Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian və İçinkorloo Munxtsedev (hər ikisi 57 kq) təmsil edəcəklər.

Qran-Pri turnirində indiyədək 53 ölkədən 350-yə yaxın idmançı iştirakını təsdiqləyib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi