Ru
Bakı
USD
EUR
GBP
RUB

“Kainat və onun inkişaf mərhələləri” kitabı çapdan çıxıb

news photo

13.09.2019 13:02 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədovun “Kainat və onun inkişaf mərhələləri” kitabı çapdan çıxıb.

AMEA-dan Youthportal.az-a bildirilib ki, nəşrin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Zakir Məmmədəliyev, rəyçiləri - fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə, fəlsəfə üzrə elmlər doktoru, professor Tahirə Allahyarova və fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Şakir Nağıyevdir.

Əsərdə kainatın təşəkkülü və inkişafının fəlsəfi təqdimatı verilir. Həmin təqdimatda kainatın təkamülü mahiyyətin bu və ya digər dərəcədə adekvat ifadələrinin bir-birini əvəzləmə tarixi kimi verilir və bu təbiət tarixinin hər bir mərhələsi fəlsəfi rakursda diqqət mərkəzinə gətirilir.

Vəsait fəlsəfə və təbiət elmləri üzrə mütəxəssislər, ali məktəb tələbələri, müəllimlər, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi