Ru
Bakı
USD
EUR
GBP
RUB

“Julien's” hərrac evi Elizabet Teylorun şəxsi əşyalarını satışa çıxaracaq

news photo

27.11.2019 13:07 // Cəmiyyət

Dizayn geyimləri, bəzək əşyaları, interyerə məxsus müxtəlif elementlər – ümumilikdə aktrisa Elizabet Teylora məxsus olan minə yaxın əşya “Julien's” hərrac evi tərəfindən dekabrın 6-da Beverli Hilsdə (Kaliforniya) satışa çıxarılacaq.

Youthportal.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Aktrisanın pərəstişkarlarına “Christian Dior”, “Gucci” və “Versace” kimi dizayn evlərindən geyimlər təklif olunacaq. Belə ki, Hollivudun qızıl dövrünün dizayneri sayılan Edi Hetdən mavi şifon don 6 min dollar qiymətində dəyərləndirilib. Aktrisa bu donu vaxtilə “Bax bu əsl əyləncədir!” (1974) filminin premyerasında geyinmişdir. Aktrisanın Conni Karsonun şousuna (1992) geyindiyi dəridən bayker gödəkcəsi də eyni məbləğə təklif olunur.

Ancaq hərracın ən qiymətli lotu fransız heykəltəraşı Aqafon Leonardonun modern üslubunda hazırladığı lampadır. Bürüncdən olan sənət əsəri 20 min dollar qiymətində dəyərləndirilir.

Elizabet Teylor Hollivudun “qızıl dövr”ünün simvoluna çevrilən bir aktrisadır. Ona məşhurluq gətirən “Milli məxmər” filmidir. Aktrisanın çəkildiyi “Batterfild 8” və “Kim Virciniya Vulfdan qorxur” ekran əsərləri Oskara layiq görülüb.

Qeyd edək ki, E.Teylor 2011-ci ildə 79 yaşında dünyasını dəyişib.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi