Ru
Bakı
USD
EUR
GBP
RUB

“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

news photo

22.04.2019 11:07 // Cəmiyyət

Xeyirxah Platforması “Kainat” Tədris Mərkəzi və Deaf Community ilə birgə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Jest dili üzrə tərcümə olimpiadası”na qeydiyyat elan edir.

Xeyirxah PlatforasındanYouthportal.az-a verilən məlumata görə, olimpiadanın əsas məqsədi danışma və eşitmə əngəli olmayan insanlar arasında bu dilin təbliği, bununla belə, danışma və eşitmə məhdudiyyətli insanlara dəstək olunmasından ibarətdir.

Layihədə iştirak etmək üçün müraciət edənlər seçim mərhələsinə dəvət olunacaq. Seçim mərhələsini uğurla keçənlər isə yarımfinal və final mərhələsində bu dil üzrə biliklərini yoxlayacaq. Danışdığımız dildən jest dilinə və əksinə tərcümədən ibarət yarışmada münsiflər heyətinin rəyi əsasında seçilən 1, 2 və 3-cü yerin sahibləri “Kainat” Təhsil Mərkəzi tərəfindən uyğun olaraq 1000, 500 və 300 manatlıq təhsil kuponu ilə mükafatlandırılacaq.

Layihədə iştirak etmək istəyənlər mayın 5-nə qədər www.xeyirxah.com saytı üzərindən qeydiyyata keçə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi