Ru
Bakı
USD
EUR
GBP
RUB

IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi martın 3-də keçiriləcək

news photo

20.02.2019 08:57 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı müəyyənləşib.

DİM-dən Youthportal.az-a bildirilib ki, Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvanın ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi martın 3-də, ikinci mərhələsi isə iyunun 3-də keçiriləcək. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar isə aprelin 7-də aparılacaq.Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.

Tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.

 

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi