Ru
Bakı
USD
EUR
GBP
RUB

İTV "Eurovision-2020" üçün mahnı qəbulu elan edib

news photo

22.01.2020 15:45 // Cəmiyyət

"Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən Youthportal.az-a bildirilib ki, “Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını eurovision2020@itv.az elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında Hollandiyanın Rotterdam şəhərində keçiriləcək "Eurovision 2020" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Mahnının xronometrajı Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə əsasən maksimum 3 dəqiqə olmalıdır. Mahnı 2019-cu ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat da yollamalıdır.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi