Ru
Bakı
USD
EUR
GBP
RUB

“İtirilən gələcək” videoçarxı ilə II yerə laiq görülən Gülnarə Quliyeva: “ Uşaq əməyinin istismarı qazanc deyil, itkidir! ” (MÜSAHİBƏ)

news photo

15.08.2018 10:33 // Bizim istedadlar

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cari ilin may-iyun aylarında “İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi” layihəsi həyata keçirilmişdir. Müsaqədə iştirak edən və ikinci yerə laiq görülən Suraxanı Gənclər Evinin nümayəndəsi Quliyeva Gülnarə Youthportal.az-ın ünvanlandırdığı sualları cavablayıb.

Müsahibəni təqdim edirik:

Gülnarə, bir az özünüzdən danışın, zəhmət olmazsa

Gənclər Evinin nümayəndəsi Quliyeva Gülnarə.  Gənclər sahəsində beş illik təcrübəyə sahibəm. Əvvəlki fəaliyyətimdə  "Reklam dizayneri" kimi çalışmışam. Hal-hazırda bu sahədə bacarıqlarımı inkişaf  etdirirəm.

Layihə sizi nə ilə cəlb etdi və nə üçün bu layihədə iştirak etmək istədiniz?

Layihə ilə bağlı ilk dəfə məlumat alanda açığı, diqqətimi çox çəkmişdi. Lakin bu sahədə təcrübəm olmadığından bir az həyəcanlandım. Bir müddət sonra “ İnsan özünü hər sahədə yoxlamalıdır ” deyərək, böyük bir istək və həvəslə layihədə iştirak etmək üçün can atmağa başladım. 

İlk bu layihənin təlimlərinə başladıqda düşündüyüm qalib olmaq deyildi. İlk auditoriyaya daxil olduqda mənə maraqlı olan yeni əlaqələr qurmaq və bu kimi yerli layihələrdə iştirak edərək öz dünya görüşümü artırmaq istiyi idi və elə də oldu. Günümün çox hissəsini həmkarlarımla keçirməklə həm dünya görüşümü artırdım , həm də yeni tanışlıq əlaqələri qurmuş oldum.

Hazırladığınız qısametrajlı videoçarx haqqında bir qədr oxuyucularımıza məlumat verin, zəhmət olmazsa

Üç günlük təlimlər zamanı  “ İnsan Hüquqları ” haqqında çox müzakirələr apardıq. Qarşımıza qoyulan vəzifə müxtəlif mövzularda idi. Bunlardan birini seçməli idik. Biz cəmiyyətimizin ən ağrılı yeri olan “ Uşaq Əməyinin İstasmarı ” mövzusunu seçdik. 

Təlimlər əsnasında ssenarini yazmağa başladıq. Təlimlərdən sonra isə bu istiqamətdə hazırlıqlara başladıq. Videoçarxımız üçün lazım olan  uşaqları seçdik. Videoçarxda uşaqların üzərində istismar olarsa, hansı izlər özünü biruzə verər, onu qabarıq şəkildə göstərmək istədik. Biz burada istismar edən şəxsin uşaqlardan necə maddiyyat tələb edərək onları təhsildən uzaqlaşdırdığını və işlətdiyini göstərdik.

Videoçarxı hazırlayan zaman maraqlı, əyləncəli və ya sizə çətinlik  yaradan  situasiya ilə qarşılaşdınız?

Professional avadanlıqlara sahib olmadığımız üçün təbii ki, bəzi çətin nüanslar qaçınılmaz idi. Buna baxmayaraq qızmar günəş altında böyük əzimlə çalışırdıq.Bununla yanaşı, seçdiyimiz yer ssenariyə uyğun olaraq rütubətli, yaşam üçün ağır şərtləri olan məkan idi. Həqiqətən də belə yerdə çalışmaq bizim üçün çətin idi.Lakin, çəkim əsnasında uşaqların geyindiyi cırıq və köhnə libasların onlarda marağa və gülüşə səbəb olduğunu gördük. Təbii ki, onların sevincinə şərik olduq. Axı, onlar hələ dünyanın qaranlıq üzünü görməməş, su kimi təmiz balalar idi. Lakin biz ki bunları gözəl bilirdik. Necə deyərlər onlara qoşulub gülsək də, gözümüzdə həqiqətən bu vəziyyətdə olan uşaqları canlandırıb dərin kədərə bürünürdük. Çəkim əsnasından danışdıqda, məhəllə sakinlərinin marağından da yan keçə bilmərəm.Onlar böyük maraqla bizim başımıza toplaşıb, heyrətlə bizi izləyirdilər, bəlkə, nə isə bir ehtiyacımız olar deyə, bizi bir an belə yalnız qoymadılar.

Hazırladığınız videoçarxda hansı məqamı ön plana çəkməyə çalışmısınız?

Ön plana çəkmək istədiyimiz, məsum balalara qıyıldığını, onların necə təhsildən uzaqlaşdırılaraq körpə yaşlardan istismara məruz qaldığını göstərməkdən ibarət idi. Çünki, “ Uşaq əməyinin istismarı qazanc deyil, itkidir! ”

Layihədə iştirak etməklə nə kimi yeniliklər, biliklər əldə etdiniz?

Ən əsası yeni dostlar qazandım, hansı ki, bu mənim üçün ən önəmli nüans idi. Təbii ki, bununla yanaşı, digər videoçarxları izlədim və hər izlədiyim videoçarx mənə dünyaya fərqli gözlə baxmaq gərəkdiyini öyrətdi və bir daha başa düşdüm ki, insan doğum günlərində böyümür, insan dünyanın qaranlıq üzlərini gördükdə, acı reallıqlarının şahidi olduqda böyüyür.

Sonunda isə təəssüratlarınızı bölüşün, zəhmət olmazsa.

Mən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliynə və  "MZ Production" a öz təşəkkürümü bildirirəm, ona görə ki, “ İnsan Hüquqları ” kimi önəmli mövzudan yan keçməyərək belə bir layihə hazırlayıb və gəncləri cəlb ediblər. Həmçinin, bu yolda maddi - mənəvi dəstəyinə görə Suraxanı Gənclər Evinin direktoru Natavan xanım Rüstəmovaya dərin minnətdarlığımı bildirirəm. 

Təlimlərdən gözəl təəssüratlarla ayrıldım. Sevincim böyük idi. Çünki heç təcrübəm olmayan bir sahədə çalışaraq ikinci yerə layiq görülmüşdüm və bir daha başa düşdüm ki, həyatda hər şey istəklə bağlıdır. Həqiqətən də insan istədikdə aşa bilməyəcəyi dağ, öhtəsində gələ bilməyəcəyi iş yoxdur.Bunu mənə ümidsizliklə başlayıb, qalibiyyətlə sonlandırdığım layihə öyrətdi! Həmin müsabiqə bitdi, lakin mənim müsahibəm davam edir....

Yasəmən Kərimova

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi