Ru
Bakı
USD
EUR
GBP
RUB

İtalyanın tanınmış opera müğənnisi Silvana Fraş Bakı teatrında çıxış edəcək

news photo

13.04.2018 15:59 // Cəmiyyət

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Madam Batterflyay” operası təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Youthportal-a bildirilib ki, sənət ocağı ilə İtaliyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan səhnə əsərində əsas partiyanı - Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcək. Şarples rolunu isə Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin canlandıracaq.

Bundan başqa, səhnə əsərində Opera və Balet Teatrının solistləri - Əməkdar artistlər Fərid Əliyev, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, solistlər Tural Ağasıyev və Səbinə Əhmədova da iştirak edəcək.

Opera tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli tərəfindən idarə olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi