Ru
Bakı
USD
EUR
GBP
RUB

İtaliyalı pianoçu Bakıda konsert verəcək

news photo

20.08.2019 14:17 // Cəmiyyət

Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Fortepiano musiqisi axşamı” adlı tədbir keçiriləcək.

Youthportal.az xəbər verir ki, gecədə italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcək.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq konsertdə dünya şöhrətli bəstəkarlar L.V.Bethovenin № 21 “Avrora” sonatası, F.Listin “Apres une lecture du Dante” fantaziya-sonatası, S.Prokofyevin 6 saylı Sonatası səslənəcək.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi