Ru
Bakı
USD
EUR
GBP
RUB

İtaliyadan Bakıya təyyarə ilə gələn 25-dən artıq sərnişin karantinə yerləşdirilib

news photo

12.03.2020 11:23 // Cəmiyyət

Martın 11-nə keçən gecə Kiyev-Bakı reysini həyata keçirən göyərtəsində 26 sərnişin olan “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilir.

“Sərnişinlər İtaliyadan tranzit ilə Bakıya gətirilib. Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb”, - AZAL-dan qeyd olunur.

UİA-nın reysi ilə Bakıya gələn 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfər - əcnəbidir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi