Ru
Bakı
USD
EUR
GBP
RUB

İsveçdə Ermənistan-Azərbaycan münaqişəsinin müasir hüquqi aspektlərinin təhlilinə dair kitab çapdan çıxıb

news photo

12.12.2019 08:46 // Siyasət

İsveçin Malmö Universitetinin Qlobal siyasi tədqiqatlar bölməsində “Dağlıq Qarabağ münaqişəsinin və Aland adalarının müqayisəli təhlili” sərlövhəli kitabın təqdimat mərasimi keçirilib.

Youthportal AZƏRTAC-a istinadən xəbər verir ki, Malmö Universitetinin rektoru Kerstim Tham, Lund və Malmö şəhər universitetlərinin rəhbərliyi, professorları və tədqiqatçıları mərasimdə iştirak ediblər.

Kitabın müəllifi hüquq elmləri doktoru, Malmö Universitetin baş müəllimi, Lund Universitetinin və Raul Valenberq İnstitutunun tədqiqatçısı Kamal Makili-Əliyevdir. İsveçin ən məşhur təhsil müəssisələrindən biri olan Lund Universitetinin hüquq fakültəsində aparılan elmi araşdırmalar nəticəsində ərsəyə gələn bu kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektdən müqayisəli təhlilini verən mühüm elmi iş olmaqla yanaşı, xarici oxucunu münaqişə haqqında ətraflı məlumatlandırır.

Təqdimat mərasimində çıxış edən Kamal Makili-Əliyev kitabın yazılmasının tarixi, istifadə olunan məlumatlar və metodika haqqında ətraflı məlumat verib. Qeyd edib ki, belə bir elmi işə böyük ehtiyac var idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hüquq aspektdən yanaşılan kitabın sonuncu dəfə 10 il əvvəl işıq üzü gördüyünü deyən Kamal Makili-Əliyev bildirib: “O kitab da sırf elmi-hüquqi nöqteyi-nəzərdən məhz bu sahədə istifadə olunmaq üçün yazılıb. Ona görə kütləvi oxucu üçün bu kitabdan istifadə etmək çətinləşir. Bunu nəzərə alaraq mən öz kitabımda münaqişə haqqında ətraflı məlumat verməklə yanaşı, İsveç ilə Finlandiya arasındakı Aland adaları məsələsinin də sülh yolu ilə həlli modelindən istifadə etmişəm”.

Alim, yeni kitabda bəzi tarixi paralellərin araşdırıldığını qeyd edərək, hər iki münaqişələrin imperiyaların dağılması nəticəsində qonşu ölkələr arasında yarandığını bildirib. Vurğulayıb ki, bu elmi işdə hər iki münaqişənin həm kontekstual, həm də konkret fərqli tərəfləri təhlil edilərək oxuculara çatdırılıb.

Müəllif bildirib ki, nəşrin əsas tədqiqat sahəsi Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllidir.

AZƏRTAC-ın müxbirinə müsahibə verən kitabın müəllifi Kamal Makili-Əliyev deyib: “Kitabın özəlliklərindən biri burada müxtəlif tarixi yalanların sistemli şəkildə ifşa olunmasıdır”.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Malmö

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi