Ru
Bakı
USD
EUR
GBP
RUB

“İstedadların hazırlığı laboratoriyası”nda növbəti on-line yarış aprelin 22-də keçiriləcək

news photo

21.04.2017 17:20 // Bizim istedadlar

Artıq beşinci mövsümdür ki, davam edən “İstedadların hazırlığı laboratoriyası” layihəsi ölkəmizdə keçirilən distant təhsilin və yarışların içərisində şübhəsiz ki, özünəməxsus mövqeyə malikdir. YouthPortal.az – a verilən məlumata görə, öz ətrafında 10 000-dək gənci toplamağa müvəffəq olmuş bu layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır.

Həyata keçirildiyi dörd ildə olduğu kimi, bu il də layihə öz iştirakçılarını 3 online olimpiada turu vasitəsilə müəyyənləşdirəcək.

Olimpiada riyaziyyat, fizika və kimya fənnləri üzrə aparılır, 30 tapşırığın həlli üçün 45 dəqiqə vaxt ayrılır. Olimpiadada 2001-2004-cü il təvəllüdlü yeniyetmə və gənclər iştirak edə bilər. Olimpiadada iştirak etmək istəyənlər www.istedad.az internet səhifəsində qeydiyyatdan keçməli, yuxarıda qeyd olunan tarixlərdə saat 12.00-dan 14.00-dək olan vaxt kəsiyində yarışmaya qoşulub yalnız 45 dəqiqə ərzində sualları cavablandırmalıdırlar.

V Respublika Olimpiadasının onlayn turlarının 15, 22 və 29 aprel 2017-ci il tarixlərdə keçirilməsi nəzərdə tutulub. 15 aprel tarixində 2017-ci ilin birinci onlayn turu keçirildi. Bu turda qeydiyyatdan keçmiş 2 min nəfərdən 854 nəfər iştirak etdi. 76 nəfər yüksək bal toplayıb, onlardan 29 nəfər - 10 bal, 22 nədfər - 9 bal və 25 nəfər 8 - bal (maksimal ball - 10 dur).

“İstedadların hazırlığı laboratoriyası”nın rəsmi saytında www.istedad.az qeydiyyatdan keçənlər yalnız imtahan turlarında iştirak etməklə kifayətlənmir, daim yenilənən “Özünü sına”, “Xəbərlər” rubrikalarına da xüsusi maraq nümayiş etdirirlər.

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi