Ru
Bakı
USD
EUR
GBP
RUB

“İstedadların hazırlığı laboratoriyası” Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

news photo

13.12.2017 21:40 // Bizim istedadlar

Dekabrın 13-də Bakıda “İstedadların hazırlığı laboratoriyası” Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Youthportal. az xəbər verir ki, tədbir layihə haqqında videoçarxın nümayişi ilə başlayıb.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva tədbirdə çıxış edərək bildirib ki, 2013-cü ildən keçirilən layihədə bu il Azərbaycan, Belarus, Estoniya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistandan şagirdlər iştirak ediblər. Layihənin keçirilməsində məqsəd riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gəncləri aşkar etmək, onların inkişafını stimullaşdıran tədbirlər həyata keçirməkdir. Çoxmərhələli layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə respublikamızda yeniyetmələrin eyni vaxtda onlayn olimpiadaya qatılmaq imkanı yaradılıb. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir. Layihə çərçivəsində seçim prosesi internet vasitəsilə aparılır. Layihədə hər dəfə iki mindən çox gənc iştirak edir. Final yarışında ən yaxşı nəticə göstərmiş 60-dan çox gənc yay və qış məktəblərinə dəvət alır. Məqsəd istedadlı gənclərə dəstək olmaq və onları beynəlxalq olimpiadaya hazırlamaqdır. Artıq dördüncü ildir icra olunan layihə çərçivəsində indiyədək keçirilən olimpiadalara 8 mindən çox gənc müraciət edib. Olimpiadanın qaliblərinin 83 faizi universitetlərə qəbul zamanı 600-dən çox bal toplayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək əmin olduğunu bildirib ki, turnirdə iştirak edən yeniyetmə və gənclər gələcəkdə beynəlxalq olimpiadalarda da yaxşı nəticələr göstərəcəklər. Bundan əvvəl keçirilən yarışlarda iştirak edən və qalib gələn gənclərin bir qismi bu gün nüfuzlu xarici təhsil müəssisələrində oxuyurlar. “İstedadların hazırlığı laboratoriyası” kimi layihələrin icrası gənclərin elmə həvəsləndirilməsi, onların potensialının üzə çıxarılması baxımından mühüm rol oynayır. O, inandığını bildirib ki, şəhərimizin qonaqları Azərbaycanın tarixi, mədəniyyəti ilə tanış olub buradan xoş təəssüratlarla qayıdacaqlar.

Sonda “İstedadların hazırlığı laboratoriyası” Respublika Olimpiadasının qaliblərinə mükafatlar təqdim olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 18 dəfə pozuldu

Sabah Bakıda güclü külək əsəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi