Ru
Bakı
USD
EUR
GBP
RUB

“İstedadların hazırlığı laboratoriyası” nın ilk online turu baş tutdu

news photo

19.04.2017 16:02 // Bizim istedadlar

Artıq beşinci mövsümdür ki, uğurla davam edən “İstedadların hazırlığı laboratoriyası” layihəsi öz ətrafında 10000-dək gənci toplamağa müvəffəq olub. Ölkəmizdə keçirilən distant təhsilin və yarışların içərisində özünəməxsus mövqeyə malik olan bu layihə, yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır.

Layihə www.istedad.az veb saytı vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində təşkil olunan olimpiada online və əyani turlardan ibarətdir. Hər ilin aprel ayında 3 online tur keçirilir. Payız aylarında isə Bakıda Final Respublika Əyani tura vəsiqə qazanmaq üçün yeniyetmələr online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirməlidir.

Həyata keçirildiyi dörd ildə olduğu kimi, bu il də layihə öz iştirakçılarını 3 online olimpiada turu vasitəsilə müəyyənləşdirəcək.

15 aprel tarixində 2017-ci ilin birinci onlayn turu keçirildi. Bu turda qeydiyyatdan keçmiş 2 min nəfərdən 854 nəfər iştirak etdi. 76 nəfər yüksək bal toplayıb, onlardan 29 nəfər - 10 bal, 22 nəfər - 9 bal və 25 nəfər 8 - bal (maksimal ball - 10 dur) toplamağa müvəffəq olub.

YouthPoral xəbər verir ki, V Respublika Olimpiadasının növbəti onlayn turları 22 və 29 aprel 2017-ci il tarixlərdə keçiriləcək.Olimpiada riyaziyyat, fizika və kimya fənnləri üzrə aparılır və 30 tapşırığın həlli üçün 45 dəqiqə vaxt ayrılır. Olimpiadada 2001-2004-cü il təvəllüdlü yeniyetmə və gənclər iştirak edə bilər. Olimpiadada iştirak etmək istəyənlər www.istedad.az internet səhifəsində qeydiyyatdan keçməli, yuxarıda qeyd olunan tarixlərdə saat 12.00-dan 14.00-dək olan vaxt kəsiyində yarışmaya qoşulub yalnız 45 dəqiqə ərzində sualları cavablandırmalıdırlar.

“İstedadların hazırlığı laboratoriyası”nın rəsmi saytındawww.istedad.az qeydiyyatdan keçənlər yalnız imtahan turlarında iştirak etməklə kifayətlənmir, daim yenilənən “Özünü sına”, “Xəbərlər” rubrikalarına da xüsusi maraq nümayiş etdirirlər.

Qeyd edək ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi