Ru
Bakı
USD
EUR
GBP
RUB

“İstedadların hazırlığı laboratoriyası” layihəsi final mərhələsi keçiriləcək

news photo

12.10.2016 18:09 // Bizim istedadlar

“İstedadların hazırlığı laboratoriyası” layihəsi final mərhələsi keçiriləcək

Noyabr ayı 2016-cı il tarixində “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsinədə 2016-ilin (əyani) Final mərhələsi keçiriləcək.

Bu məlumat youthportal.az saytına Gənclər və İdman Nazirliyi tərəfindən verildi.

02 aprel 2016-cı il tarixində “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsinədə 2016-i ilin birinci on-layn olimpiadası keçirilib. Olimpiada 14-16 yaşlı yeniyetmələr arasında riyaziyyat, fizika və kimya fənləri üzrə aparılıb.

İştirakçılar 45 dəqiqə ərzində www.istedad.az saytında xüsusi səhifədə 4 riyaziyyat, 3 fizika və 3 kimya elminə aid tapşırığı həll ediblər. Olimpiadaya qatılmaq üçün bütün ölkə üzrə 2500-dən artıq iştirakçı qeydiyyatdan keçib və baş tutmuş birinci on-layn turda 1008 nəfər iştirak edib.

Birinci on-layn turun nəticələrinə görə 42 nəfər Final mərhələyə vəsiqə qazanmışdır. Onlardan12 nəfər 10 bal, 15 nəfər 9 bal və15 nəfər 8 bal toplayıb.

“İstedadların hazırlığı laboratoriyası” 2013-cü ildən başlayaraq hər il keçirilir. 2013-2015-ci illərdə 6 mindən artıq yeniyetmə bu bilik yarışmasında iştirak etmiş, olimpiadanın onlarla qalibi müəyyən edilib.

İnformasiya texnologoyalarının verdiyi imkanlarda istifadə etməklə həyata keçirilən “İstedadların hazırlığı laboratoriyası” hər bir yeniyetməyə “evdən çıxmamaq şərti ilə” öz biliklərini ciddi sınaqdan keçirmək imkanını yaradır. Birinci turun nəticələrinə görə Bakı, Gəncə, Mingəçevir, Şirvan şəhərlərini, Lənkaran, İsmayıllı, Biləsuvar, Qax rayonlarından olan məktəblilərin daha yüksək fəallığını qeyd etmək lazımdır – bu şəhər və rayonlardan 805 nəfər bilik yarıçmasında iştirak edib.

Qeyd: “İstedadların hazırlığı laboratoriyası” “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"” Dövlət Proqramına uyğun olaraq 2013-cü ildən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.

Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi