Ru
Bakı
USD
EUR
GBP
RUB

"İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində V Respublika Olimpiadasının I turu keçiriləcək

news photo

12.04.2017 17:38 // Bizim istedadlar

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 15 aprel 2017-ci il tarixdə "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində V Respublika Olimpiadasının I turu keçiriləcəkdir.

Qeyd edək ki, 2001-2004-cü il təvəllüdlü yeniyetmə və gənclərin iştirak edəcəyi Olimpiada riyaziyyat, fizika və kimya fənnləri üzrə aparılır. Olimpiada 2017-nin I turu üçün qeydiyyat artıq başlamışdır. Olimpiadada iştirak etmək istəyənlər www.istedad.az internet səhifəsində qeydiyyatdan keçməlidir.

ARGİN-dən YouthPortal-a verilən məlumata görə Olimpiada 2017-nin I turunda iştirak etmək üçün qeydiyyatdan keçmiş iştirakçılardan aşağıdakılara riayət etməkləri xahiş olunur.

1. 15 aprel 2017-ci il tarixdə saat 12.00-da öz “Şəxsi kabinet”inizə daxil olun.

2. Şəxsi kabinetinizdəki “İmtahan və nəticələri” səhifəsinə daxil olun.

3. İmtahan sıralamasında “Olimpiada 2017. Birinci tur” bölməsinə daxil olun.

4. “Başla” düyməsini basın.

Qeyd: İmtahan səhifəsi isə yalnız 15 aprel 2017-ci il tarixdə saat 12.00-dan 12.45-dək aktiv olacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi