Ru
Bakı
USD
EUR
GBP
RUB

“İstedadların hazırlığı laboratoriyası” IV respublika final turunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilir (FOTO)

news photo

10.12.2016 13:30 // Bizim istedadlar

Bu gün Bakıda, “Park İnn” otelində “İstedadların hazırlığı laboratoriyası” IV Respublika final turunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilir.

YouthPortal xəbər verir ki, layihənin keçirilməsində məqsəd riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gəncləri aşkar etmək, onların inkişafını stimullaşdıran tədbirlər həyata keçirməkdir. Çoxmərhələli layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə respublikamızda yeniyetmələrin eyni vaxtda onlayn olimpiadaya qatılmaq imkanı yaradılıb. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir.

Layihə artıq dördüncü ildir ki, www.istedad.az veb-saytı vasitəsilə həyata keçirilir. Hər il təxminən 2 mindən artıq gənc layihədə iştirak edir. I, II və III respublika final yarışına (əyani tur) qatılan gənclər arasından ən yüksək nəticə əldə etmiş 89 gənc birinci, ikinci və üçüncü yerə layiq görülüb. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi