Ru
Bakı
USD
EUR
GBP
RUB

İstedadların hazırlığı laboratoriyası” IV Respublika final turunda II yerin qalibi ilə müsahibə (FOTO)

news photo

14.12.2016 18:30 // Bizim istedadlar

10 dekabr 2016-cı il tarixində “Park İnn” otelində “İstedadların hazırlığı laboratoriyası” IV Respublika final turunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

YouthPortal xəbər verir ki, layihənin keçirilməsində məqsəd riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gəncləri aşkar etmək, onların inkişafını stimullaşdıran tədbirlər həyata keçirməkdir. Çoxmərhələli layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə respublikamızda yeniyetmələrin eyni vaxtda onlayn olimpiadaya qatılmaq imkanı yaradılıb. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir.

Layihə artıq dördüncü ildir ki, www.istedad.az veb-saytı vasitəsilə həyata keçirilir. Hər il təxminən 2 mindən artıq gənc layihədə iştirak edir. I, II və III respublika final yarışına (əyani tur) qatılan gənclər arasından ən yüksək nəticə əldə etmiş 89 gənc birinci, ikinci və üçüncü yerə layiq görülüb. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

“İstedadların hazırlığı laboratoriyası” IV Respublika final turunda II yerin qalibi Paşayeva Aytəkin ilə müsahibə:

Aytəkin , zəhmət olmasa özün haqqında məlumat verərdin

- Paşayeva Aytəkin Bakı şəhəri , Xətai rayonunda yerləşən “Zəkalar” liseyində 10B sinfində oxuyuram. Birinci dəfədirki bu yarışa qatılıram. Çox maraqlı oldu. Bundan əvvəl respublika Olimpiadasında iştirak etmişdim. Suallar düşünürəmki kreativ idi. Beynimizi daha çox işlətməyə yönəldilmiş suallar idi. Odur ki, düşünürəm belə yarışların təşkili beynimizə məşq rolunu oynuyur.

Bu Olimpiada haqqında məlumatı hardan almışdın?

- Məktəbdə elan vermişdilərki belə bir olimpiada olacaq,istəyən şagird istedad.az saytından qeydiyyatdan keçməklə qatılıb özünü sınıya bilər.

Suallar sənin üçün çətin oldu?

- Xeyr, düşünürəmki suallar normal idi.Ilk dəfə 45 dəqiqəı vaxt ayrılmışdı. 45 dəqiqədə sualları cavablandırmaq biraz çətin gəldi.

Bu tip olimpiadaların şagirdlərə nə kimi faydası olduğunu düşünürsən?

- Düşünürəm ki, belə olimpiadalarda iştirak etmək imtahan qorxusunu azaldır. Qarşıda məni TQDK imtahanı kimi çətin imtahan gözlüyür,bu olimpiadalarda mənə həmin imtahanlarda necə yazacağıma dair inam verir. Artıq düşünürəm ki, o da sadəcə bir imtahandı.

Olimpiadada iştirak etmək istəyən şagirdlərə nə demək istərdin?

- Özlərinə inansınlar. Olimpiadadan əvvəl kitaba çox baxmasınlar, çünki bunu etmək fikri dağıdır,özünə inamı azaldır. Heç deyilsə bir gün qabaq rahatlıq versinlər özlərinə.

Gələcək ixtisas seçimin haqqında düşünmüsənmi?

- Bəli düşünmüşəm. Həkim olmaq istəyirəm.

Bəs şagirdlərə tövsiyə etmək istədiyin birşey varmı?

- Düşünürəm ki, intellekt, savad Allahın verdiyi bir bacarıqdı. Biz çalışmalıyıqki bu bacarığımızdan istifadə edək. Bu bacarıq anadagəlmə olsa da əzmlə çox şeyi qazanmaq olduğu kimi bunu da olar. Vəziyyətdən çıxış yolu tapmaq özü bir bacarıqdır.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi