Ru
Bakı
USD
EUR
GBP
RUB

İstedadların hazırlığı laboratoriyası” IV Respublika final turunda I yerin qalibi ilə müsahibə (FOTO)

news photo

14.12.2016 18:15 // Bizim istedadlar

10 dekabr 2016-cı il tarixində “Park İnn” otelində “İstedadların hazırlığı laboratoriyası” IV Respublika final turunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

YouthPortal xəbər verir ki, layihənin keçirilməsində məqsəd riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gəncləri aşkar etmək, onların inkişafını stimullaşdıran tədbirlər həyata keçirməkdir. Çoxmərhələli layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə respublikamızda yeniyetmələrin eyni vaxtda onlayn olimpiadaya qatılmaq imkanı yaradılıb. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir.

Layihə artıq dördüncü ildir ki, www.istedad.az veb-saytı vasitəsilə həyata keçirilir. Hər il təxminən 2 mindən artıq gənc layihədə iştirak edir. I, II və III respublika final yarışına (əyani tur) qatılan gənclər arasından ən yüksək nəticə əldə etmiş 89 gənc birinci, ikinci və üçüncü yerə layiq görülüb. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

“İstedadların hazırlığı laboratoriyası” IV Respublika final turunda I yerin qalibi Ömər Bağırov ilə müsahibə:

Ömər,zəhmət olmasa özünü təqdim edərdin.

- Mən Ömər Bağırov “Zəkalar” liseyinin 11D sinif şagirdiyəm. İlk dəfədi yarışa qatılıram. Bu yarışa məktəbdəki digər şagirdlərin qatıldığını eşitsəm də özüm qatılmamışdım. Qatılmamışdan əvvəl fərqli fikirləşirdim. Qatıldıqdan sonra isə digər yarışlardan həm təşkilatına, həm də suallarına görə fərqləndiyini gördüm.

Səncə suallar çox çətin idi?

- Online turlar da o qədər də çətin olmasa da final turundaki açıq sullar həqiqətən düşündürücü suallar idi, asan deyildi.

Bu tip olimpiadaların şagirdlərə nə kimi faydası olduğunu düşünürsən?

- Əvvala imtahanlara öyrəşməyə kömək edir deyə düşünürəm. Bununla yanaşı digər məktəblərdə təhsil alan güclü şagirdlərlə tanış olmağımıza şərait yaradır.

Gələcək ixtisasın və təhsilini davam edəcəyin universitet ilə bağlı seçim etmisənmi?

- Bəli, kompyuterin mühəndisi olmağı düşünürəm.Xarici universitetlər də olar, amma Azərbaycanda davam etdirsəm Bakı Ali Neft Məktəbində təhsil almaq istəyirəm.

Ömər, boş vaxtlarını necə dəyərləndirirsən?

- Düzünü desəm bu il abuturiyent olduğuma görə o qədər də boş vaxtım olmur.Amma ümumilikdə boş vaxtlarımda kompyuter ilə məşğul oluram,kitab oxuyuram. Kitab oxumağa isə daha çox yayda üstünlük verirəm. Dərslərlə əlaqədar məktəb vaxtı vaxt olmur.

Şagirdlərə vermək istədiyin hansısa bir tövsiyə var mı?

- Əvvəl belə yarışlara və olimiadalara qatılmağa cəsarət etmirdim, çünki elə düşünürdüm ki, yer tuta bilmərəm. Qatıldıqdan sonra başa düşdüm ki, qorxmaqla heçnə olmur. Onlar da gəlsinlər və iştirak etsinlər olimpiadalarda.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi