Ru
Bakı
USD
EUR
GBP
RUB

"İstedadların hazırlığı laboratoriyası" IV Respublika final turu nəticələrinin elan olunacaq

news photo

09.12.2016 15:30 // Bizim istedadlar

10 dekabr 2016-ci il tarixində saat 12.00-da Park İnn Mehmanxanasında "İstedadların hazırlığı laboratoriyası" IV Respublika final turu nəticələrinin elan edilməsi və qaliblərin (5 nəfər 1-ci yer, 10 nəfər 2-ci yer və 15 nəfər 3-cü yer) mükafatlandırma mərasimi keçiriləcəkdir. Tədbirdə idman və gənclər naziri Azad Rəhimovun da iştirakı nəzərdə tutulub.

Nazirlikdən YouthPortal.az – a verilən məlumata görə, layihənin keçirilməsində məqsəd ölkənin riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gənclərini aşkar etmək, onların inkişafını stimullaşdıran ardıcıl tədbirlər həyata keçirməkdir. Layihə çox mərhələlidir, İKT-dən istifadə etməklə respublikanın bütün ərazisində yaşayan yeniyetmələrin eyni vaxtda on-line olimpiadaya qatılmaq imkanını yaradır. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır.

Artıq dördüncü ildir ki, layihə www.istedad.az veb saytı vasitəsilə həyata keçirilir və hər il təxminən 2 mindən artıq gənc bura qatılır.

I, II və III Respublika final yarışmasına (əyani tur) qatılan gənclər arasından ən yüksək nəticə əldə etmiş 89 nəfər gənc birinci, ikinci və üçüncü yerə layiq görülmüş, diplom, medal və qiymətli hədiyyələrlə (notebook, netbook və planşet) mükafatlandırılmışlar.

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi