Ru
Bakı
USD
EUR
GBP
RUB

İspaniya bloqerləri Andorraya köçürlər

news photo

28.02.2019 13:45 // Dünyada

İspaniyanın populyar “Youtube” bloqerlərinin çoxu son illər Andorraya köçmək qərarına gəlib.

Youthportal.az  xəbər verir ki, bloqerləri internetə qoşulmanın yüksək sürəti, habelə haker hücumlarından müdafiəni təmin edən kibertəhlükəsizlik tədbirləri cəlb edir.

Şirkətdən bildiriblər ki, “Youtube” bloqerləri auditoriyanı genişləndirməyə çalışırlar. Andorrada bunun üçün çox əlverişli şərait yaradılıb.

İspaniya Regional Planlaşdırma Nazirliyi şirkətin bəyanatını şərh edərək bildirib ki, bloqerləri məsələnin sırf iqtisadi tərəfi maraqlandırır. Əslində, onlar az vergi ödəmək üçün Andorraya köçürlər.

Andorraya köçənlər arasında Lolito Fdez, yaxud Ampeterby7 kimi “Youtube”da yüz minlərlə abunəçisi olan bloqerlər var.

“Andorra Telecom”dan bildiriblər ki, şirkət öz müştərilərinin tələbatını təmin etməyə çalışır. Bunun təsdiqi olaraq məlumatları saniyədə 1000 meqabit sürətlə ötürən optik-lifli kabellə yüksəksürətli internet qoşulmanı nümunə gətiriblər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi