Ru
Bakı
USD
EUR
GBP
RUB

İsmayıllıda keçiriləcək Yay “Liderlik Məktəbi”nə qeydiyyat elan olunur

news photo

02.07.2018 11:31 // Gənclər üçün

XI liderlik məktəbi olan, Yay Liderlik məktəbinə qeydiyyata start verilir!

Youthportal.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ənənəvi “Liderlik Məktəbi” layihəsi növbəti dəfə 16-22 iyul tarixlərində İsmayıllı rayonunda keçiriləcək və budəfəki liderlik məktəbi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunur.

Növbəti “Liderlik məktəbi” layihəsində Respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsil müəssisələrinin yalnız I və II kurs bakalavr tələbələri iştirak edə bilərlər. Layihədə iştirak etmək istəyən tələbələr online qeydiyat formasını dolduraraq layihəyə qoşula bilərlər.

 

Qeydiyat forması: https://goo.gl/forms/ksa4bqjeBl0Snc5n2

SON QEYDİYYAT: 8 iyul 2018-ci il

QEYD: Layihədə iştirak üçün heç bir ödəniş tələb olunmur və layihə kamp şəraitində keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi