Ru
Bakı
USD
EUR
GBP
RUB

İsmayıllı rayon Gənclər və İdman idarəsinin kollektivi Günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzini ziyarət ediblər

news photo

19.09.2019 20:35 // Cəmiyyət

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” ulu öndər Heydər Əliyevin uşaqlarımız haqqında söylədiyi bu dəyərli fikirlər bu gün də öz təsdiqini tapmaqdadır. Çünki hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır.

Bu gün ümummilli liderin layiqli davamçısı,  ölkə prezidenti İlham Əliyev  də  dahi  şəxsiyyətin  uşaqlarla bağlı xeyirxah ənənələrini uğurla həyata keçirir.

Ölkənin müxtəlif regionlarında hər yeni gün uşaqlara qayğı göstərəcək müasir tipli bağçalar , reabilitasiya mərkəzləri açılıb fəaliyyət göstərməkdədir.İsmayıllı rayonundada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən yaradılan,  çətin həyat şəraitli  uşaqlara gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərən  “Günərzi”  reabilitasiya mərkəzidə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.     

İsmayıllı rayon Gənclər və İdman idarəsinin   kollektividə Günərzi  qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzini ziyarət ediblər.

Bu mərkəzdə müxtəlif məşğələlər vasitəsilə uşaqlarda özünə xidmət bacarıqları formalaşdırılır, eləcə də maraq və qabiliyyətləri nəzərə alınaraq ayrı-ayrı dərnəklər vasitəsilə onların ilkin yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir.

İsmayıllı  rayon Gənclər və İdman idarəsinin kollektivi tərəfindən mərkəzdəki uşaqların ifa etdikləri mahnı və şeirlər, rəqslər  maraqla qarşılanıb və   uşaqlara hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi