Ru
Bakı
USD
EUR
GBP
RUB

İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri təcrübə sahəsində (FOTO)

news photo

20.09.2019 13:50 // Təhsil

İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri İsmayıllı Şərab-2 müəssisəsinin sahəsində Saperavi üzüm növünün yığımında iştirak ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Youthportal.az-a bildirilib ki, yığımdan sonra tələbələr üzümlərin saplaqdan ayrılması, əzilməsi, fermentasiya çənlərinə boşaldılması, mayanın əlavə olunması kimi mərhələləri izləyiblər.

Xatırladaq ki, İsmayıllı Peşə Tədris Mərkəzində üzüm və şərab ustası ixtisası 2018-ci ildən tədris olunur. “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində duala bənzər peşə təhsili və təlimi yanaşmasının pilot tətbiqi üçün seçilmiş ixtisaslardan biridir.

İsmayıllı Peşə Tədris Mərkəzi və İsmayıllı Şərab-2 müəssisəsi arasında əldə olunan razılaşmaya əsasən, tədris mərkəzinin tələbələrinin duala bənzər peşə təhsili və təlimi yanaşmasına əsasən təcrübə keçmələri üçün müəssisə tərəfindən təcrübə sahəsi ayrılıb. 2019-cu ilin fevral ayından etibarən tələbələr burada təlimçi, eləcə də yerli və xarici ekspertlərin nəzarəti altında üzüm becərilməsi və şərab istehsalı prosesinin bütün mərhələlərini icra edirlər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi