Ru
Bakı
USD
EUR
GBP
RUB

İslam Oyunları-2017: Basketbol millimizin heyəti açıqlandı

news photo

28.04.2017 15:42 // İdman

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. Baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.

Qeyd edək ki, “Bakı-2017”də “A” qrupunda mübarizə aparacaq Azərbaycan millisi Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan yığmaları ilə qarşılaşacaq.

Bu idman növü üzrə ümumilikdə 20 komanda (10 qadın, 10 kişi) yarışlara qatılacaq. Yarışlar mayın 18-21-də 1500 nəfər tamaşaçı tutumuna malik “Basketbol Arena”da keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi