Ru
Bakı
USD
EUR
GBP
RUB

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpoziuma tezislər qəbul olunur

news photo

29.01.2020 16:40 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Türkiyənin Kırıkkale Universitetinin təşkilatçılığı ilə aprelin 16-17-də Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq simpoziuma tezislər qəbul olunur.

Aİİ-dən Youthportal.az-a bildirilib ki, simpoziumda iştirak üçün tezislərin fevralın 16-dək göndərilməsi vacibdir. Tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və elektron poçt ünvanı göstərilməlidir. Yazının əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir. Tezisin mətni A4 formatda, 12 ölçülü “Times New Roman” şriftində, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində symposiumbaku@ait.edu.az elektron ünvana göndərilməlidir.

Təqdim olunan tezislər İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi, onu gücləndirən və qarşısında duran amillər, ona töhfə verən nümunəvi şəxsiyyətlər, İslam tarixində birgəyaşayışa dair nümunələr, fanatizm və təkfir kontekstində müsəlmanlıq anlayışının birgəyaşayışa mənfi təsirləri və digər bu kimi mövzuları əhatə etməlidir.

Xatırladaq ki, simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı imkanları müəyyənləşdirmək, müsəlman cəmiyyətlərindəki təcrübədən istifadə etməklə bu sahədə mütəxəssis və tədqiqatçıların verdikləri töhfəni üzə çıxarmaqdır. Həmçinin ölkələrarası birgəyaşayış təcrübəsindən müasir dövrdə istifadə imkanını və bu təcrübənin gələcək rolunu müəyyənləşdirmək və təşviq etmək, İslam mədəniyyətində birgəyaşayış təcrübəsi haqqında elmi, siyasi, ictimai və fərdi tədqiqatların artmasına töhfə vermək, Azərbaycan və Türkiyə arasında mövcud əlaqələrin daha möhkəm və gələcəkdə davamlı olmasını təmin etməkdir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi