Ru
Bakı
USD
EUR
GBP
RUB

İslam Həmrəyliyi Oyunları Azərbaycana investisiya cəlb edəcək

news photo

15.05.2015 18:45 // İdman

IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasının Azərbaycanı daha yaxından tanıması üçün əla fürsətdir. Bu barədə Youthportal.az-a Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumunda iştirak edən Ər-Riyadın Ticarət-Sənaye Palatasının İdarə heyətinin üzvü Məhəmməd əl-Əclan bildirib.

O, hesab edir ki, İslam Həmrəyliyi Oyunları Azərbaycana xeyli turistin gəlməsinə səbəb olacaq: "Onlar bu ölkəni sevəcəklər. Bakıya dünən gəlmişəm, ancaq belə tezliklə qayıtmalı olduğum üçün təəssüf edirəm. Şəhərinizə və şəhər sakinlərinə heyranam".

Əl-Əclan qeyd edib ki, istənilən idman tədbiri turistlərdən başqa, ölkənin potensialı ilə tanış olmaq üçün gələn investorları da cəlb edir: "Sonradan onlar bu və ya digər sahəyə investisiya yatıra, bu da öz növbəsində, Azərbaycana iqtisadi qazanc gətirə bilər”.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi