Ru
Bakı
USD
EUR
GBP
RUB

İslam Abbasov güləş üzrə Avropa Çempionatının gümüş medalını qazanıb

news photo

13.04.2019 22:47 // İdman

Azərbaycanlı güləşçi İslam Abbasov güləş üzrə Avropa Çempionatının gümüş medalını qazanıb.

Finalda güləşçimiz son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyuka (Ukrayna) uduzub.

İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb.

İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub.

İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, bu, İslamın böyüklər arasında Avropa çempionatında ilk medalıdır.

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi