Ru
Bakı
USD
EUR
GBP
RUB

“İş müsahibəsindəSƏN!” layihəsi çərçivəsində gənclər üçün təlimlər təşkil olunacaq

news photo

09.01.2019 12:45 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “İş müsahibəsindəSƏN!” layihəsi çərçivəsində gənclər üçün təlimlər təşkil ediləcək.

Layihə rəhbəri Amil Şirinov Youthportal.az-a bildirib ki, məqsəd gənclərin işlə bağlı düzgün müraciət və işə qəbul üçün uğurlu müsahibə qaydaları haqqında maarifləndirilməsidir. Bu baxımdan üç gün müddətində (həftə sonları) tələbə gənclərə CV-lərin peşəkar qaydada hazırlanması, müsahibələrdən müvəffəqiyyətlə keçmə və uğurlu karyera qurma yollarını aşılayan praktiki təlimlər keçiriləcək.

Bakıda icra olunacaq layihə çərçivəsində keçiriləcək təlimlərdə CV-nin növləri, tərtib olunma qaydası, formatı, CV hazırlanarkən diqqət yetirilməli olan əsas qaydalar, müsahibə formaları, iş müsahibəsinə hazırlaşmaq üsulları, iş görüşməsi, müsahibə zamanı ünvanlanan suallar, iş müsahibələrində davranış qaydaları, karyerada ilk addım, özünü qiymətləndirmə və inkişaf, hədəf və məqsədləri müəyyən etmə, düzgün karyera planlaşdırılması və s. mövzularda ətraflı məlumat veriləcək.

Təlimlər Odlar Yurdu Universitetinin Karyera və İnkişaf Mərkəzinin rəhbəri, “ish.az” saytının təsisçisi, insan resursları üzrə mütəxəssis Zaur Məmmədov tərəfindən keçiriləcək.

“İş müsahibəsindəSƏN!” layihəsi çərçivəsində təşkil olunacaq təlimlərdə iştirak ödənişsizdir. Təlimlərə qatılmaq istəyənlər https://goo.gl/ceQlHz linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müraciət üçün son tarix yanvarın 11-dir. Qeydiyyatdan keçən bütün iştirakçılara təlimlərin keçirilmə yeri və vaxtı əvvəlcədən bildiriləcək. Əlavə məlumat üçün 051 550-28-69 telefon nömrəsi və ya sirinov.amil@gmail.com elektron ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi