Ru
Bakı
USD
EUR
GBP
RUB

“İrəvan xanlığı” kitabının alman dilində nəşrinin təqdimatı olacaq

news photo

12.01.2020 18:18 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş elmi şurasında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimat mərasimi keçiriləcək.

Tarix İnstitutundan Youthportal.az-a bildirilib ki, tədbirdə İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdiriləcək.

Təqdimat mərasimi yanvarın 13-ü saat 11:00-da AMEA-nın əsas binasında (kiçik akt zalı, 2-ci mərtəbə, 211-ci otaq) keçiriləcək.

Xatırladaq ki, “İrəvan xanlığı” kitabı bundan əvvəl Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərində çap olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi