Ru
Bakı
USD
EUR
GBP
RUB

“İrəli” İctimai Birliyi Xocalı faciəsi ilə əlaqədar sosial şəbəkələrdə yeni aksiyaya start verib

news photo

23.02.2018 15:42 // Cəmiyyət

“İrəli” İctimai Birliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sosial şəbəkələrdə yeni aksiyaya start verib.

İctimai Birlikdən Youthportal-a bildiriblər ki, aksiyanın məqsədi iki yüz il ərzində mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı, etnik təmizləmə və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında geniş məlumatlandırma işi aparmaqdır. Sosial şəbəkələrdə təsir qüvvəsi daha çox olan “Twitter” platformasında aksiyaya xeyli sayda gənc qoşulub.

Fevralın 27-dək davam edəcək aksiyaya qoşulmaq istəyən şəxslər “Twitter”də #justiceforKhojaly, #Azerbaijan, #ireli2018 həştəqlərindən istifadə edərək müxtəlif məlumatlar paylaşaraq Azərbaycan həqiqətlərinin daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər.

“İrəli” İctimai Birliyi ötən il də "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində bu soyqırımının tanınması ilə bağlı sosial şəbəkələrdə aksiya təşkil etmişdi. Aksiyada 300-dən artıq gənc “Twitter”, “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə #justiceforkhojaly həştəqi altında paylaşımlar edərək yüksək fəallıq göstərmişdilər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi