Ru
Bakı
USD
EUR
GBP
RUB

İranda üç günlük matəm elan olunub

news photo

04.01.2020 08:12 // Dünyada

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ölkədə üç günlük matəm elan edib.

Əli Xamneyi, həmçinin general İsmayil Kiyanini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Əl-Qüds” bölməsinin komandanı təyin edib.

Bu gün Tehran ilə yanaşı, İranın digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları general Qasım Süleymaninin qisasının alınmasını tələb ediblər.

Ali Rəhbər bəyan edib ki, general Q.Süleymanini qətlə yetirənlərdən mütləq qisas alınacaq.

Qeyd edək ki, “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad aeroportuna endirilən raket zərbəsi nəticəsində həlak olub. Onunla birlikdə İraqın “Əl-Xaşd əş-Şaabi” şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.

 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi