Ru
Bakı
USD
EUR
GBP
RUB

“İradənlə qalib gəl!”

news photo

09.11.2019 09:45 // Gənclər üçün

9 noyabr-Bayraq günü münasibəti ilə “İRADƏNLƏ QALİB GƏL!”  şüarı altında keçirilən tədbirlərçərçivəsində 8 noyabr 2019-cu il tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbayacan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Park Bulvar Baku”nun tərəfdaşlığı ilə “Bayraqdar İntellektual oyunu” baş tutub.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, oyun bilik,  komandada işləmək,   tez qərar vermək bacarıqlarını nümayiş etdirməklə yanaşı, Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını, eyni zamanda, tanınmış şəxslərini bilməyi tələb edirdi. 

Oyun ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları arasında keçirilib. Qonaqlara Azərbaycan bayraqları hədiyyə edilmiş, yeniyetmə və gənclərin üzlərinə rəngli boya ilə gənc rəssamlar tərəfindən bayrağımızın rəngləri çəkilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi