Ru
Bakı
USD
EUR
GBP
RUB

İqtisadiyyat İnstitutunun şöbə müdiri Birləşmiş Vyana İnstitutunun təlim kursunda iştirak edib (FOTO)

news photo

22.10.2019 15:07 // Təhsil

Avstriyanın Birləşmiş Vyana İnstitutunda “Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropada makromaliyyə sabitliyi” mövzusunda təlim kursu keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutundan Youthportal.az-a bildirilib ki, birhəftəlik təlimdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyev də iştirak edib.

Xatırladaq ki, Birləşmiş Vyana İnstitutu Mərkəzi, Şərqi və Qərbi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin əsasən dövlət sektorunda fəaliyyət göstərənlər üçün nəzərdə tutulan regional təlim mərkəzidir. İnstitut 1992-ci ildə Avstriyanın (Federal Maliyyə Nazirliyi və Mərkəzi Bank qismində) səlahiyyətli qurumları, Beynəlxalq Valyuta Fondu (IMF) və digər beynəlxalq qurumlar tərəfindən təsis edilib.

Birləşmiş Vyana İnstitutu makroiqtisadi siyasətin formalaşması və idarə olunması, vergi siyasəti, dövlət gəlirlərinin, xərclərin idarə olunması, vergi-büdcə institutları və idarəetmə, normativ hüquqi çərçivə, makroiqtisadi və maliyyə statistikası kimi bir sıra iqtisadi məsələlər üzrə 1-2 həftəlik təlim kursları, eləcə də seminar və simpoziumlar təşkil edir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi