Ru
Bakı
USD
EUR
GBP
RUB

İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan kitab nəşr edilib

news photo

11.01.2019 16:11 // Təhsil

“AMEA İqtisadiyyat İnstitutu - 60: keçdiyimiz və getdiyimiz yol” kitabı çapdan çıxıb.

İnstitutun 60 illik yubileyi münasibətilə hazırlanan nəşrin redaktoru müəssisənin direktoru, professor Nazim İmanov, tərtibçisi dosent Rəsmiyyə Abdullayeva, nəşrə məsul şəxs isə Minarə Ağayevadır.

AMEA-dan Youthportal.az-a bildirilib ki, kitab Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə 2018-ci il oktyabrın 18-də keçirilmiş iclasının materialları əsasında hazırlanıb. Yubiley tədbirlərinin keçirilməsini nəzərdə tutan rəsmi qərarlar, həmçinin institut əməkdaşlarının təltif olunması haqqında ölkə başçısının fərmanları da kitaba daxil edilib.

Nəşr müəssisənin keçmişi və bu günü barədə məlumat verməklə yanaşı, yaxın gələcək üçün müəyyənləşdirdiyi hədəf və vəzifələr haqqında da müəyyən təsəvvür yaradır.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi