Ru
Bakı
USD
EUR
GBP
RUB

“iPhone 7 Plus” liderliyini itirdi

news photo

03.07.2017 15:09 // High-tech

“AnTuTu” şirkəti bu ilin may ayında eyniadlı əlavədə sınaqdan keçirilən ən məhsuldar smartfonların reytinqini dərc edib.

“iPhone 7” smartfonu ötən ilin sentyabr ayında istifadəyə verildiyi vaxtdan bəri ilk dəfə olaraq liderliyini güzəştə gedib. Söhbət HTC U11 flaqman smartfonundan gedir. Bu reytinqdə “iPhone 7 Plus” ikinci yerə düşüb.

Üçüncü yeri “Xiaomi Mi 6”, dördüncü və beşinci yerləri müvafiq olaraq “Samsung Galaxy S8” və “Galaxy S8+” smartfonları tutub. “iPhone 7” smartfonu isə altıncı yerdə qərarlaşıb. Mütəxəssislər bunu “iOS 10.3” yenilənməsi çıxdıqdan sonra sınaqda məhsuldarlığın aşağı düşməsi ilə izah edirlər.

Sonrakı yerlərdə “OnePlus 3T” və “OnePlus 3” smartfonları gəlir. Liderlərin onluğunu isə “LeEco Le Pro 3” və “Le Max” smartfonları qapayır.

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi