Ru
Bakı
USD
EUR
GBP
RUB

İpək Yolu üzərində intellektual idman

news photo

21.05.2019 15:53 // Təhsil

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib. 

ADU-dan Youthportal.az-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, intellektual oyunlar, xüsusən də şahmat Azərbaycanda qədim tarixə malikdir. Bu oyun haqqında fəlsəfi fikirlər böyük şairlər olan Xaqani, Nizami, Nəsimi, Füzuli, Məhsəti Gəncəvinin əsərlərində öz əksini tapıb, həmçinin  qədim Orta Asiyadakı ən yaxşı şahmat oyunu ilə tanınan Cəlaləddin Naxçıvani ilk görkəmli Azərbaycan şahmatçısı olub.  R. Abbasov şahmatın xalqın intelektual inkişafındakı yerini yüksək qiymətləndirən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şahmatın inkişafında oynadığı əvəzsiz rolunu xüsusi qeyd edərək, onun “Şahmat insanı təmizləyən və kamilləşdirən idman növüdür” sözlərini yada salıb.  Tədbirdə çıxış edən ADU-nun çinşunaslıq ixtisası üzrə təhsil alan tələbələri ənənəvi Çin intellektual oyunlardan – Veytsi (Qo), Çin şahmatının (Siançi) və  Madjon  tarixi, qayda və variantları, istifadə olunan fiqurları barədə danışıblar. Çin mədəniyyətinin simvolu və  Konfutsiçilik prinsiplərinə əsaslanan ənənəvi sənət nümunəsi sayılan bu oyunlar məntiq, strateji düşüncə, dözümlülük və gözəllik hissi yetişdirməyə xidmət edir.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi