Ru
Bakı
USD
EUR
GBP
RUB

İntiqam Babayev:"Azərbaycan tərəfindən təklif edilən layihənin əsas məğzi gənclər arasında sağlam həyat tərzinin təbliğidir" (Müsahibə)

news photo

14.09.2019 18:27 // Gənclər üçün

Senyabrın 8-14-ü tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunmuş gənc jurnalistlər, bloqerlər, aktiv sosial şəbəkə istifadəçiləri üçün “Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursu həyata keçirilmişdir.

Azərbaycan tərəfindən təklif edilən layihənin əsas məğzi gənclər arasında sağlam həyat tərzinin təbliğidir.

Bu sözləri Youthportal.az-a müsahibəsində gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

“Bu gün Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərimizin sağlam böyüməsi və onlar arasında neqativ halların profilaktikası, tütün, alkaqol kimi içkilərdən uzaq olması, sağlam həyat tərzi, fiziki aktivlik nümayiş etmələdir”,-deyə bildirən nazir müavini Gənclər və İdman Nazirliyinin bu günə qədər  bu istiqamətdə kifayət qədər festivvallar, düşərgələr və digər layihələr həyata keçirdiyini qeyd etdi.

İntiqam Babayev bildirdi ki, bu layihə də iştirak edənlər Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin, həmçinin Gürcüstan və Ukraynadan olan nümüyəndələridir. Hansı ki, öz ölkələrində tanınmış gənc bloqerlər və jurnalistlərdir: ”Ümumiyyətlə düşünürəm ki, bu gənclər arasında artıq dostluq münasibətləri qurulub və onlar gələcəkdə birgə təbliğat kampaniyası apara bilərlər. Həmçinin gənclər arasında düzgün mesajlar verə bilərlər ki, sağlamlıqlarını indidən qorusunlar. Çünki sağlamlığın təməli indədən qoyulur ki, gələcəkdə onlar sağlam vətandaş olaraq formalaşsınlar”.

Tədbirdə 70 müxtəlif regiondan sosial şəbəkənin fəal nümayəndələrinin iştirak etdiyini, bunun da öz-özlüyündə Azərbaycanımızın tədbiliği demək olduğunu bildirən nazir müavini əlavə etdi ki, layihəni bütün iştirakçılar yüksək səviyyədə dəyərləndirdi:” İnanıram ki, onlar qayıtdıqda öz səhifələrində, sosial şəbəkələrdə Azərbaycanı tədbliğ edəcəklər”.

Yasəmən Kərimova

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi