Ru
Bakı
USD
EUR
GBP
RUB

İntiqam Babayev: Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu bu sahədə əməkdaşlığın inkişafına mühüm töhfə verəcək

news photo

22.11.2018 11:31 // Gənclər üçün

Forumun məqsədi gənclər siyasəti sahəsində əməkdaşlığı genişləndirmək, yeni fəaliyyət istiqamətlərini müzakirə və müəyyən etməkdir. Bu forumların ənənəvi olaraq həyata keçirilməsi nəzərdə tutulur. Hər forumda gənclərimizi maraqlandıran mövzular müzakirəyə çıxarılacaq. Çalışacağıq ki, bu əməkdaşlığı daha da genişləndirmək üçün gənclərimizə əlverişli imkanlar yaradaq.

Youthportal.az xəbər verir ki, bu sözləri noyabrın 21-də Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Gənclərinin Forumunda Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev müsahibəsində deyib.

Nazir müavini forumda hər iki ölkənin gənclər təşkilatlarının rəhbərlərinin, həm də aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, gənc sahibkarların və digər şəxslərin iştirak etdiklərini bildirib: “Düşünürəm ki, forum çərçivəsində yeni ideyalar ortaya çıxacaq. Əməkdaşlığın daha da gücləndirilməsi üçün layihə sənədimiz də hazırdır. İki ölkənin nazirlikləri arasında ikiillik tədbirlər planının imzalanması nəzərdə tutulur. Hazırda bununla bağlı müzakirələr və protokol razılaşmaları aparılır”.

Forumun gənclər sahəsində daha sıx əməkdaşlığın qurulması üçün yaxşı imkanlar yaradacağına əminliyini ifadə edən İ.Babayev deyib: “Sentyabrın 21-də Aktauda Xəzəryanı Gənclər Forumu çərçivəsində Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlıq günü keçirildi. Orada Azərbaycan gənclər siyasətinin təqdimatı oldu, bir neçə təşkilat arasında sazişlər imzalandı. Həmin tədbirdə qərara gəldik ki, daimi fəaliyyət göstərən platforma yaradaraq əməkdaşlığımızı davam etdirək. Düşündük ki, Qazaxıstan-Azərbaycan Gənclər Forumu adı altında tədbirlərlə bu işi davam etdirə bilərik. Əminik ki, həyata keçiriləcək tədbirlər və görüləcək işlər bu sahədə əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün böyük imkanlar açacaq”.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi