Ru
Bakı
USD
EUR
GBP
RUB

İnternat məktəbinin şagirdlərinə bayram hədiyyələri verilib (FOTO)

news photo

26.12.2018 15:46 // Cəmiyyət

Təhsil Nazirliyinin təşkilatçılığı ilə E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Bir qış günü” adlı bayram şənliyi keçirilib.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, bu qurumun əməkdaşlarının və KİV nümayəndələrinin də iştirak etdikləri şənlikdə internat məktəbinin şagirdləri rəqs edib, səhnəciklər göstəriblər.

Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar oxuyublar.

İnternat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.

Tədbirdə məlumat verilib ki, internat məktəbi 1979-cu ildə 186 nəfər şagird kontingenti ilə fəaliyyətə başlayıb. 2005-2006-cı tədris ilindən məktəb ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

Hazırda internat məktəbində 175 nitqi qüsurlu şagird təhsil alır, onlardan 84 nəfəri müəssisədə gecələyir.

İnternat məktəbi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib.

İnternat məktəbinin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə yiyələnirlər. Bununla yanaşı, internat məktəbində şahmat, dekorativ sənət, toxuculuq, təsviri incəsənət və bədii özfəaliyyət dərnəkləri fəaliyyət göstərir.

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirak edən məktəb 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinə cəlb edilib.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi