Ru
Bakı
USD
EUR
GBP
RUB

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib

news photo

08.01.2018 18:22 // Bizim istedadlar

Paytaxt məktəblilərindən ibarət daha dörd komanda “Hazırcavablar” intellektual oyununda iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 35, 52, 54, və 100 nömrəli tam orta məktəblərin şagirdləri “Dil və ədəbiyyat”, “Tarix”, “Məntiq”, “Ordan-burdan”, “Nə etməli?” bölmələri üzrə sualları cavablandırıblar.

İntellektual oyunun nəticələrinə əsasən, 35 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTV-də yayımlanır.

“Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını artırmaq, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarını təmin etmək də layihənin əsas hədəfidir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 18 dəfə pozuldu

Sabah Bakıda güclü külək əsəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi